"Zalsburq"da 5 itki: Bakıya gəlməyə bilərlər

15:00 - 26 İyul 2014

"Qarabağ" rəqibində itkilər
 
ÇL III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq Avstriyanın "Zalsburq" klubu Bakıya itkilərlə gələcək. 
 
Sportal.az xəbər verir ki, Zalsburq təmsilçisinin heyətində 5 futbolçu zədə səbəbindən məşqlərdə iştirak etmir.

Onların Bakıya gəlib-gəlməyəcəkləri məlum deyil. İsaak Vorsahın dizindən, Valon Berişanın isə çarpaz bağlarından əməliyyat olunacağı gözlənilir. Bundan əlavə Franki Şiemer, Asger Sörense və Stefan Lisankerin də zədə səbəbindən "Qarabağ"la ilk görüşdə iştirak etməyəcəkləri bildirilir.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Zalsburq" oyunu saat 20:30-da başlayacaq.

Xəbər xətti