"Qəbələ" Hollandiya təmsilçisinə məğlub oldu

00:58 - 27 İyul 2014

Oyunun taleyini bir qol həll etdi
 
Yeni mövsümə Hollandiyada hazırlaşan "Qəbələ" sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu - dördüncü yoxlama matçını keçirib.
 
Sportal.az xəbər verir ki, Dorinel Muntyanu yetirmələrinin gücünü bu dəfə Hollandiyanın "Herenveen" klubu ilə oyunda sınayıb.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qəbələ" Hollandiyadakı ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəlmiş, arından "AZ Alkmaar"a məğlub olmuşdu - 0:2. Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşmada isə 2:0 hesablı qələbə qeydə alınmışdı.

Yoxlama oyunu
26 iyul

"Qəbələ" - "Herenven" 0:1 (0:0)
Qol: Van der Berq, 48

Xəbər xətti