Ağayev sıradan çıxdı
Azərbaycan millisi və "Qəbələ" klubu şok itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, hazırda "Qəbələ"nin heyətində Hollandiyada təlim-məşq toplanışında olan Kamran Ağayev zədələnib. Diz bağlarında problem olan Kamran uzun müddət oynaya bilməyəcək. İlkin ehtimala görə onun 3 ay yaşıl meydançalardan kənarda qalacağı gözlənilir. Kamranın yoxluğunda isə "Qəbələ" və Azərbaycan millisi alternativ məsələləri düşünməlidir. (futbol11.az)
saytlarin hazirlanmasi