Qurban Qurbanov Hütteri qabaqladı

02:06 - 29 İyul 2014

"Zalsburq"un baş məşqçisi 22:30-da mətbuat önünə çıxacaq
 
UEFA Çempionlar Liqasnın üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Zalsburq" oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu gün 20:00-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.

"Zalsburq"un baş məşqçisi Adolf Hütter isə 22:30-da mətbuat konfransına çıxacaq.

Xatıradaq ki, "Qarabağ" - "Zalsburq" oyunu iyulun 30-da 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq

Xəbər xətti