Kamran Ağayevin son durumu məlum oldu: İlk oyunu buraxacağı dəqiqləşdi

10:36 - 30 İyul 2014

Qolkiper 7-10 gün ərzində məşqlərə start verəcək
 
Milli komandanın və “Qəbələ”nin qapıçısı Kamran Ağayev komandanın Sloveniya toplanışında ciddi zədə almışdı.
 
Sportal.az xəbər verir ki, qolkiperin ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilirdi. Klub həkimin nəzarəti altında tibbi müayinədən keçən Kamranın zədəsinin ciddi olmadığı üzə çıxıb. Kapitan 7-10 gündən sonra məşqlərə başlayacaq.
 
Onun Premyer Liqanın ilk turunu buraxacağı dəqiqdir.
 

Xəbər xətti