"Zalsburq" - "Qarabağ" qatşılaşması canlı yayımda?

15:19 - 6 Avqust 2014

Ağdam klubu rəhbərliyi ilə telekanal arasında danışıqlar davam edir
 
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Zalsburq" - "Qarabağ" matçı "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlana bilər.
 
Sportall.az-ın əldə etdiyi məlumata görə, məsələ hələlik dəqiqləşməsə də, hazırda bununla bağlı "Qarabağ" klubu ilə dövlət telekanalı arasında danışıqlar gedir. Əgər tərəflər arasında razılıq olarsa, "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da canlı yayımlanacaq. 

Xəbər xətti