"Zalsburq" - "Qarabağ" oyunu "İdman Azərbaycan"da yayımlanmayacaq

19:02 - 6 Avqust 2014

Oyun AzTV kanalı vasitəsi ilə yayımlanacaq
 
Bu gün Çempionlar Liqasında III mərhələnin cavab oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Avstryada güclü "Zalsburq" klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə 23:30-da yayımlanacaq. Matçın əvvəlcədən "İdman Azərbaycan" kanalında yayımlanması deyilirdi. Amma oyuna bir neçə saat qalmış oyunun AzTV-də yayımlanması açıqlanıb.
 
Qeyd edək ki, ilk oyunda "Qarabağ" 2-1 hesabı ilə rəqibini məğlub etmişdi. 

Xəbər xətti