"Simurq"dan yeni transfer

16:24 - 8 Avqust 2014

Zaqatala təmsilçisi serbiyalı futbolçu iulə müqavilə bağladı
 
“Simurq” heyətinə yeni futbolçu cəlb edib. Sportal.az xəbər verir ki, zaqatalılar serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə baölayıblar.
 
Moldavanın "Şerif" klubundan icarə əsasında transfer edilən 26 yaşlı futbolçu "Simurq"un Avstriyadakı təlim-məşq toplanışında iştirak edib. Marko Stanoyeviç "Simurq"da "88" nömrəli formanı geyinəcək.  
 
 
Peşəkar karyerasına 2006-cı ildə başlayan serbiyalının ilk klubu “Srvena Zvezda” olub.
 
Daha sonra isə “Sopot” (2006/2008), “Laktaşi” (2008/2009), “Srvena Zvezda” (2009/2012) klublarında oynayıb. 2012-ci ildən Moldova “Şerif”inin şərəfini qoruyan yarımmüdafiəçi 54 dəfə bu komandanın formasını geyinib və 4 dəfə rəqib qapılarına yol tapıb. 

Xəbər xətti