Maksim Medvedevlə İlqar Qurbanov oynaya biləcəkmi?

16:54 - 8 Avqust 2014

Nurlan Ibrahimov duruma aydınlıq gətirib

 

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Avstriyada “Zalsburq”la oyunda zədələnən “Qarabağ”ın müdafiəçiləri Maksim Medvedev və İlqar Qurbanovun zədəsi ciddidi. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, hər iki futbolçu avroliqanın pley-off mərhələsinin ilk oyunlarını buraxmaq ehtimalı var.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Zalsburq”a 0:2 hesabı ilə uduzub. Ağdam klubu mübarizəsini Avroliqada davam etdirəcək. Onların bu turnirin pley-off mərhələsindəki rəqibi isə bu gün bəlli olacaq.

Xəbər xətti