"Tvente" səfərdə bir xala kifayətləndi
	 
	"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" klubu bu gün Hollandiya çempionatında mövsümün ilk matçına çıxıb.
	 
	Sportal.az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə "Kambur"un qonağı olub.
	 
	"Tvente" bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1. 
	 
	Qeyd edək ki, "Qarabağ" və "Tvente" komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək.
	 
	 
	9 avqust
	 
	Hollandiya çempionatı, I tur
	 
	"Kambur" - "Tvente" - 1:1 
	Qollar: Rusnak, 14 (1:0), Mostar, 88 (1:1)
                      
saytlarin hazirlanmasi