“Komandanın bu gün oyunu alınmadı”
Sportal.az xəbər verir ki, “Qəbələ” klubunun məşqçisi: Dorinel Munteanu qarşılaşma ilə bağlı bunları söyləyib:
Azərbaycan Premyer Liqasının ilk turunda “İnter” öz meydanında “Qəbələ” ilə qarşılaşdı. Cari mövsümdəki Avroliqada təmsilçilərimizin duelindən bakılılar inamlı qələbə ilə ayrıldı – 4:0.
Dorinel Munteanu, “Qəbələ” klubunun baş məşqçisi: “Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Təbii ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.
saytlarin hazirlanmasi