İlqarla Maksim nə vaxt qayıdır

16:30 - 12 Avqust 2014

"Qarabağ"ın zədəliləri ilk oyunu buraxacaq
 
Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyada “Zalsburq”la oyunda zədələnən “Qarabağ”ın futbolçuları İlqar Qurbanovla Maksim Medvedevin durumuna aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov hər iki futbolçu ən azından iki həftə meydana çıxa bilməyəcək.  Odur ki, Avroliqanın pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq “Qarabağ” adları çəkilən futbolçuların xidmətindən yalnız Hollandiyada keçiriləcək cavab qarşılaşmasında yararlana bilər.

Xəbər xətti