Namiq Ələsgərov: "Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam"

12:00 - 14 Avqust 2014

"Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar?"
 
Sportal.az xəbər verir ki, "Bakı"dan AFFA yolu ilə "Qarabağ"a keçən Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında "Bakı"nın ittihamlarına cavab verib: 
 
"Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam. Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı.
 
Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".

Xəbər xətti