Son çempion kuboku azarkeşlərlə paylaşacaq
	 
	"Qarabağ"ın Ağdama gedəcəyi tarix müəyyənləşib. 
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın başda vitse-prezident Tahir Gözəl olmaqla millinin oyunları zamanı çempionat və avrokuboklara veriləcək fasilə dövründə Ağdama yollanacağını bildirib.
	 
	"Qarabağ"ın Ağdama səfəri sentyabrın 1-7 arasında baş tutacaq.
	 
	 
	Xatırladaq ki, "Qarabağ"ın vitse prezidenti Tahir Gözəl ötən mövsüm qazandıqların kuboku Ağdama aparacaqlarını bildirmişdi. Ancaq avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanıb.
                      
saytlarin hazirlanmasi