"Simurq" – AZAL dueli rəqəmlərin dili ilə...

12:18 - 15 Avqust 2014

Bu dəfə hansı komanda qalib gələcək?
 
Azərbaycan Premyer Liqasının ikinci turunda AZAL Zaqatalada “Simurq”un qonağı olacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər “təyyarəçilər” 22 dəfə “Simurq”la üz-üzə gəliblər. Bu oyunların 8-də sevinən tərəf AZAL olubsa, 5 görüşdə rəqibinə məğlub olub. 9 qarşılaşmadan isə tərəflər heç-heçə ilə ayrılıblar. Topların fərqində də AZAL-ın “Simurq” üzərindəüstünlüyü var - 26-21. 
 
Amma statistikada son vaxtlar AZAL üçün bir qədər uğursuz alınıb. Son 3 oyunda qol vura bilməyən paytaxt təmsilçisi, ardicıl 7 görüşdə qələbə qazanmayıb. Digər yandan AZAL “Simurq”la son 7 səfər oyunundan yalnız birində məğlub olub. 4 matçda qalib gələn “təyyarəçilər” 2 qarşılaşmada “sülh” bağlayıblar.  

Xəbər xətti