"Fikrimiz Avropa Liqasındadır"
Premyer Liqasının 2-ci turunda “Qarabağ” “İnter”lə qarşılaşdı. İlk turda əcnəbi oyunçu limitini pozduğuna görə texniki məğlubiyyətlə üzləşən Ağdam təmsilçisi paytaxt klubunun müqavimətini qıra bilmədi. Qolsuz bərabərliklə başa çatan oyun “Qarabağ”ın aktivinə 1 xal yazdı.
Sportal.azxəbər verir ki, “Qarabağ” klubunun məşqçisi: Qurban Qurbanov qarşılaşma ilə bağlı bunları söyləyib:
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi:“Həm mənə, həm də komandama “İnter”ə qarşı oynamaq çətin olur. “İnter”in özünəməxsus oyun üslübu var, daha çox düşünməli oluruq. Heç-heçəni normal nəticə sayıram. Fikrimiz Avropa Liqasındadır, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq, komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram. İlqar Qurbanov qarşıdakı oyunda oynayacaq, Maksim Medvedevin isə zədəsi tam sağalmayıb. Lakin, o, 18-likdə olacaq. Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və komandanın uğurları üçün çalışır”.
saytlarin hazirlanmasi