"Tvente" ilə oyuna 5 mindən artıq bilet satılıb
"Qarabağ” klubu bəyanat yayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 21-i “Qarabağ” Avroliqanın play-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi “Tvente”ni qəbul edəcək.
“Oyuna marağın böyük olduğunu nəzərə alaraq, dünəndən bilet satışı başlanıb və artıq beş mindən çox bilet satılıb. Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq “Qarabağ” FK rəhbərliyi kassa önündəki “qara-bazar”ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Kassadan rahat bilet alınması üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib” – deyə bəyanatda bildirilir.
saytlarin hazirlanmasi