Klub "qara bazar"ın qarşısını almaq niyyətindədir
Avqustun 21-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi "Tvente"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, oyuna marağın böyük olduğunu nəzərə alaraq, 16 avqustdan bilet satışı başlanıb və artıq 6000-dən çox bilet satılıb.
Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq, "Qarabağ" rəhbərliyi kassa önündəki "qara bazar"ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov rayon polis idarəsinə müraciət edib. Kassadan rahat bilet almağınız üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib.
saytlarin hazirlanmasi