Futbolçuya Rumıniya klublarından təkliflər var
"Qəbələ" ruminyalı futbolçu Kristian Pulhakla müqaviləni qarşılıq razılaşma ilə ləğv edib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçu Rumıniya mətbuatına açıqlamasında deyib. Kristian Pulhak bir neçə klubdan təklif aldığını da gizlətməyib.
Qeyd edək ki, K.Pulhak 2013-ci ilin yanvarından "Qəbələ"də oynayırdı.
saytlarin hazirlanmasi