Komanda heç-heçə sayına görə birincidir
Azərbaycan Premyer Liqasının II turunda “İnter”lə görüşdə 0:0 hesablı heç-heçə edən “Qarabağ” 1992-ci ildə start götürən Azərbaycan çempionatlarında 150-ci dəfə 1 xalla kifayətlənib.
Sportal.az xəbər verir ki, heç-heçə sayında ikincilik “Neftçi”yə məxsusdur – 137 dəfə.
Bu heç-heçələrdən 59-u ev, 86-sı səfər, 5-i neytral meydanlarda qeydə alınıb.
Bütün mövsümlərdə bərabərliyi olan komanda 2009/10 mövsümündə daha çox – 12 heç-heçə edib. 1996/97 və 2001/02 mövsümlərində daha az – hərəsində 2 “sülh” qeydə alınıb. Ağdamlılar ilk belə nəticəsini 1992-ci il mayın 18-də “Turan”la ev oyununda əldə edib – 1:1.
Ölkə çempionatlarının 22 illik tarixində “Qarabağ”ın həm heç-heçə, həm də heç-heçəsiz oyunlar seriyaları olub. 2000-ci ildə ardıcıl 5 bərabərliyi olan komanda 2001-02-ci illərdə 24 görüşdə bərabərlik etməyib.
saytlarin hazirlanmasi