Klub 1000 manat cərimə olunub
AFFA İntizam Komitəsi "Qəbələ"nin əvəzedici heyətinin futbolçusu Luis Paulo Holario - Dodoya sərt cəza tətbiq edib.
Sportal.az xəbər verir ki, Dodo əvəzedici heyətlərinin ikinci turunda "Araz Naxçıvan"la oyunun 90+1-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə və birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 3 oyunluq cəzalandırılıb, "Qəbələ" klubu isə 1000 manat cərimə olunub.
Qeyd edək ki, Dodo bundan əvvəl “Qəbələ”də nizam-intizamı pozduğu üçün əsas komandadan əvəzedici heyətə göndərilmişdi.
saytlarin hazirlanmasi