"Qarabağ" və "Tvente"nin prezidentləri görüşdü

17:11 - 21 Avqust 2014

5 ildən sonra təkrarlanan görüş
 
Bu gün Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Tvente" oyunöncəsi hər iki klub prezidentinin görüşü baş tutub.

Sportal.az xəbər verir ki, klub rəhbərləri beş ildən sonra yenidən bir araya gəliblər.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, "Azərsun Holdinq"in rəhbərlərindən Fevzihan Arasla "Tvente"nin prezidenti Yup Munsterman süfrə arxasına əyləşiblər. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər.

Xəbər xətti