"Tvente" məndən komandam haqda məlumat verməyimi xahiş etdi"

17:21 - 21 Avqust 2014

Leroy: "Bu, onlara bir xəbərdarlıqdır"
 
"Qarabağ"ın hollandiyalı futbolçusu Leroy Corc bu gün Avroliqanın pley-off-unda qarşılaşacaqları "Tvente" matçı haqqında düşüncülərini Hollandiya mətbuatına açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Hollandiya klubu Leroydan məlumat istəyib:
 
"Tvente"yə qarşı yenidən oynamaq xoşdur. Onlar məndən komandam haqda məlumat verməyimi xahiş etdilər. Lakin mən "Qarabağ" haqda onlara çox məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, beş il öncə ilə müqayisədə hər iki komandada xeyli dəyişikliklər olub".

Leroy azarkeşlərinin bu oyunda xüsusi rol oynadığını da dilə gətirib:
 
"Qarabağ" 5 il öncə də "Tvente" ilə qarşılaşmışdı. Həmin heyətdən yalnız Vüqar Nadirov, Rəşad Sadıqov, Maksim Medvedyev, Namiq Yusifov, Admir Teli və baş məşqçi Qurban Qurbanov qalıb. "Tvente" bizim Çempionlar Liqasında güclü "Zalsburq" klubuna məğlub olduğumuzu bilir. Lakin biz Avstriya təmsilçisini evdə 2:1 hesabı ilə məğlub etdik. Həmin vaxt stadionda 30 min azarkeş var idi. Rəqib artıq oyundan öncə isinmə zamanı heyrətə gəlmişdi. Düşünürəm ki, azarkeşlərin bugünkü oyunda da rolu böyük olacaq. Bu, "Tvente"yə bir xəbərdarlıqdır".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti