Ağdam təmsilçisinin Avropada növbəti sınağı
Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları baş tutacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cari mövsüm Avropa Liqasında ilk matçına çıxacaq.
Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə qarşılaşacaq. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayacaq komanda tilsimi qırmağa çalışacaq.
Qeyd edək ki, “Qarabağ” bu mərhələdə qələbə nə olduğunu bilmir. İlk pley-offunda məhz “Tvente”yə uduzan ağdamlılar 5 il əvvəlkinin qisasını almaq niyyətindədir.
	Avropa Liqası
	Pley-off mərhələsi, ilk oyunlar
	
	21 avqust 
	
21:00. "Qarabağ"(Azərbaycan) 0-0 "Tvente" (Hollandiya)
	Baş hakim: Manuel Qrafe (Almaniya)
	Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
     
                    