"Qəbələ" rəsmisi: "Belə bir hadisə yaşansaydı..."

11:00 - 22 Avqust 2014

"Göründüyü kimi bunlar ağ yalandı"
 
Rumınya mətbuatında Premyer Liqanın ilk turu çərçivəsində keçirilmiş "İnter" - "Qəbələ" matçından sonra qonaq komandanın paltardəyişmə otağında futbolçulardan birinin baş məşqçi Dorinel Muntyanuu döyməsi haqda xəbər yayılıb.
 
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Şəfa" stadionunda qonaq komandanın paltardəyişmə otağı jurnalistlərə ayrılan sektora olduqca yaxındı. Rumınların yazdığına hətta yaxın bir hadisə yaşansaydı azərbaycanlı jurnalistlər mütləq səs-küyü eşidərdilər. Əksinə, bizdə intizam məsələsi ən yüksək səviyyədədi. Komandamızdakı ab-havaya da söz ola bilməz. Bir məqama da diqqətinizi yönəltmək istəyirəm: II turda "Araz Naxçıvan"ın qapısına vurulan yeganə qoldan sonra bütün komanda üzvlərimiz sevinclərini baş məşqçi Muntyanu ilə bölüşməyə tələsdi. Göründüyü kimi bunlar ağ yalandı".
 

Xəbər xətti