"Tvente" - "Qarabağ" matçı canlı yayımda !

14:10 - 22 Avqust 2014

Danışıqlar yekunlaşmaq üzrədir
 
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Hollandiyada keçiriləcək "Tvente" - "Qarabağ" oyunu canlı yayımlanacaq.

Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, qrup mərhələsində vəsiqə uğurunda "zambaqlar" ölkəsində baş tutacaq həlledici oyun İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Artıq tərəflər arasında danışıqlar müsbət yekunlaşmaq üzrədi və böyük ehtimalla matç avqustun 28-də canlı yayımlanacaq.

 

Xəbər xətti