"Qarabağ"ın taleyi italiyalıya tapşırıldı

12:03 - 25 Avqust 2014

"Tvente" - "Qarabağ" matçının hakimləri məlum oldu
 
UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Tvente"nin qonağı olacaq "Qarabağın oyununu idarə edəcəklər ədalət təmsilçilərinin kimliyi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Belə ki, oyunun baş hakimi Paolo Silvio Matsoleni olacaq.

Enşede şəhərində keçiriləcək matç avqustun 28-də Bakı vaxtı ilə 22:30-da start götürəcək.

28 avqust
Avropa Liqası, "play-off", cavab oyunu

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ"
Hakimlər: Paolo Silvio Matsoleni, Lorentso Manqanelli, Alessandro Petrella, Sebastiano Perutso
(Hakimlər briqadası İtaliyadandır)
UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya)
Hakim-inspektor: Kostas Kapitanis (Kipr)

Xəbər xətti