"Qarabağ" Hollandiyada tək qalmayacaq

16:29 - 28 Avqust 2014

Həmyerlilərimiz stadiona doğru
 
Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Tvente"nin qonağı olacaq "Qarabağ" klubu  Hollandiyada tək qalmayacaq.

Sportal.az xəbər verir ki, komandamızı dəstəkləmək üçün Hollandiya da yaşayan azərkeşlər stadionda olacaqlar. Bundan əlavə Hollandiya ilə həmsərhəd olan ölkələrdən də azərbaycanlı azərkeşlər "Qarabağ"ı dəstəkləmək üçün oyunun keçiriləcəyi arenaya gələcəklər.

Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Xəbər xətti