"Qarabağ" qrup mərhələsinə vəsiqə qazandı
	 
	"Neftçi"nin prezidenti Sadıq Sadıqov "Qarabağ" klubunu tarixi uğur üçün təbrik edib.
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sadıqov təbrikində bunları deyib:
	 
	“Neftçi” PFK kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə Sizi və rəhbərlik etdiyiniz “Qarabağ” FK-nın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi – UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha Sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram”.
                      
saytlarin hazirlanmasi