Dorinel Munteanu: "Bu nəticə məni çox məyus etdi"

22:55 - 30 Avqust 2014

"Qəbələ" məğlub olub
 
Klub dördüncü turda AZAL-ın müqavimətini qıra bilməyib.
 
Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Dorinel Munteanu oyundan sonra bunları deyib:
 
“Bu nəticə məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol buraxdıq. Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristea bu gün yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”. 

Xəbər xətti