İngiltərə təmsilçisi fransalı hücumçunu heyətinə qatdı
Fransa millisinin hücumçusu Loik Remi "Çelsi" klubu ilə 4 illik müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, transfer hüququ KPR məxsus olan fransalı futbolçu ötən mövsümü icarə əsasında "Nyukasl"da keçirib. Bir müddətdir ki, futbolçunun taransferini gerçəkləşdirmək istəyən "zadəganlar" maliyyə məsələsində KPR-lə razılığa gələ bilmirdilər. Lakin xeyli danışıqlardan sonra tərəflər sonda ortaq məxrəcə gəldilər. Bu transferin baş tutması da Loik Reminin ürəyincə olub:
"Çelsi"nın mənimlə müqavilə bağlamaq istəyində olduğu xəbərini eşidəndə, sevincimdən bilmədim nə edim. Axı "Çelsi" dünyanın ən güclü klublardan biri sayılır. Belə bir güclü komanadada kim oynamaq istməz ki? İndi özümü dünyanın ən xoşbəxt futbolçusu hesab edirəm".
saytlarin hazirlanmasi