Hər üç futbolçumuz 90 dəqiqə meydanda oldu
Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, millimizin 3 üzvü - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın komandası - "Qaziantep BB" də ilk matçına çıxıb.
Yığmamızın üzvlərinin hər üçü "Boluspor"la oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. Onlardan yalnız Cavadov 34-cü dəqiqədə hesabı açmaqla yadda qalıb. Amma onun bu qolu qələbə üçün yetərli olmayıb. Belə ki, qarşılaşma 1:1 hesab ilə başa çatıb.
saytlarin hazirlanmasi