Mahir Şükürov ilk matçında cəzalandırıldı

00:47 - 1 Sentyabr 2014

Futbolçumuz 90 dəqiqə meydanda olub
 
Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da ilk matçına çıxıb.

Həmyerlimizin komandası doğma meydanda  "Antalyaspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

Şükürov oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Xəbər xətti