Mütəxəssis futbolçulara telefonla danışmağa icazə vermir
Lui Van Qal baş məşqçi postuna keçəndən sonra “Mançester Yunayted”də işlərin yolunda gedəcəyi gözlənilsə də, hələ hər şey bunun əksinədir.
Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk 3 turunda “qırmızı şeytanlar” qələbə qazana bilməyiblər. “Suonsi”yə 2:1 heasbı ilə məğlub olan komanda ardından “Sanderlend” (1:1), “Bernli” (0:0) ilə heç heçə oynayıb. İngiltərə liqa kubokunda 1/32 mərhələdə “Mançester Yunayted “ gözlənilmədən “MK Dons”a böyük hesabla məğlub olub(4:0).
Ardıcıl uğursuzluqları görən hollandiyalı mütəxəssis komandanın futbolçularına qadağa qoyub. Baş məşqçi futbolçulara telefonla danışmağa icazə vermədiyini açıqlayıb.
saytlarin hazirlanmasi