Futbolçularımızın Türkiyədəki duelində qalib müəyyənləşmədi

14:56 - 7 Sentyabr 2014

Məlikov 45, Subaşiç 63 dəqiqə oynadı
 
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə çıxış edən Azərbaycan millisinin sabiq futbolçuları yoxlama matçında qarşı-qarşıya gəlib.
 
Sportal.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" evdə Branimir Subaşiçin komandası "Manisaspor"la gücünü sınayıb.

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Məlikov oyunun 46, Subaşiç isə 63-cü dəqiqəsinə kimi mübarizə aparıb. Branimir bu oyunun ikinci yarısında başından zədə alıb. Bu üzdən o, son dəqiqələrdə başı sarğılı halda oynamalı olub.

Xəbər xətti