"DÇ-2018-də oynamaq üçün əlimdən gələn hər şey edəcəm"
Hollandiya millisinin hücumçusu Robin van Persi deyib ki, DÇ-2018-ə qədər milli karyerasını başa vurmaq niyyətində deyil.
Sportal.az hücumçunun xarici mətbuata verdiyi açıqlamanı təqdim eləyir:
“DÇ-2018-də oynamaq üçün əlimdən gələn hər şey edəcəm. İndi sürdüyüm hüzurlu həyat tərzi daha çox futbol oynamağıma kömək edəcək. İstəyirəm ki, imkan olduqca daha çox yüksək səviyyədə çıxışımı davam elətdirim.
Anlayıram ki, artıq mənim 31 yaşım var. Ancaq istəyirəm ki, daha 9 il, 40 yaşına qədər futbol oynayım. Bir tərəfdən düşünürəm ki, böyük klubda bu yaşa qədər qalmaq çətin olacaq. Buna baxmayaraq istəyim dəyişmir”.
saytlarin hazirlanmasi