Qərarlar qüvvədə saxlanılıb
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda “Xəzər Lənkəran” klubunun futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və “Simurq”un futbolçusu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra İntizam Komitəsinin qəbul etdiyi qərarların qüvvəsində saxlanılmasına qərar verilib.
Qeyd edək ki, Premyer Liqamızın III turunda “Xəzər Lənkəran”la matçın 90+2-ci dəqiqəsində “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və 4 oyunluq cəzalanıb.
saytlarin hazirlanmasi