İngiltərə təmsilçisinin əsas futbolçuları zədələniblər
"Mançester Yunayted"də itkilər davam edir
Sportal.az xəbər verir ki, Maruan Fellaynin bir ay, Fil Consun isə 3 həftə komandasına kömək edə bilməyəcək. Futbolçular komandanın son məşqi zamanı xəsarət alıblar.
Qeyd edək ki, heyətdə 5 zədəli futbolçu var. Daha öncə Maykl Karrik, Cesse Linqard və Eşli Yanq da zədələnmişdi.