"Qəbələ"nin 100-cü qələbəsi

16:15 - 13 Sentyabr 2014

Komanda yubiley qələbəsini qazanıb

 

Azərbaycan çempionatının V turu “Qəbələ”nin əvəzedici komandası üçün yubiley qələbəsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Zaqatalada “Simurq”a 3:1 hesabı ilə qalib gələn Luis Araqonun yetirmələri “qırmızı-qaralar”ın bu yarışda 100-cü qələbəsini qazanıb. Cari mövsüm ardıcıl 4-cü dəfə qalib gələn komanda əvvəlki 6 mövsümdə 96 dəfə 3 xala sevinmişdi. 2008/09 mövsümündə 26 oyundan 12-də qalib gələn “Qəbələ” hər birində 32 matç keçirdiyi növbəti 4 yarışda daha 57 dəfə qələbə qazanıb: 2009/10 – 18, 2010/11 – 16, 2011/12 – 18, 2012/13 – 15. Ötən mövsümdə 36 qarşılaşmada 17 dəfə qalib gələn “qırmızı-qaralar” bu müddətdə 2 gümüş, 2 bürünc medal qazanıb.

 

“Qəbələ” 100 qələbəsini 17 müxtəlif rəqiblə matçlarda qazanıb. “Simurq”u yubiley – 10-cu dəfə məğlub edən “qırmızı-qaralar” daha çox paytaxt təmsilçiləri “Bakı” (13) və AZAL-ı (11) üstələyib.
Qeyd edək ki, əvəzedicilərin çempionatında 195 oyun keçirən “Qəbələ” 100 qələbə qazanıb, 39 heç-heçə edib və 56 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 322-215-dir.

Xəbər xətti