Holland mütəxəssisdən həyat yoldaşına hədiyyə
“Mançester Yunayted”bu mövsüm İngiltərə çempionatında birinci qələbəsini qazanıb. Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, KPR üzərində 4:0 hesablı qələbədən sonra “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal açıqlama verib:
“Mançester Yunayted”i çempion etməyə köklənmişəm. Bu mövsüm alınmasa, növbəti, bəlkə də ondan sonrakı mövsüm bu mütləq gerçəkləşəcək.
KPR üzərində qələbə həm də ona görə əlamətdar oldu ki, bu gün həyat yoldaşımın ad günüdür. Ona hədiyyə etmişdim. Ancaq o, mənə dedi ki, ən gözəl hədiyyə qələbə olacaq”.
saytlarin hazirlanmasi