"Əgər komanda nəticə göstərmirsə, baş məşqçi postunu təhvil verməlidir

16:30 - 16 Sentyabr 2014

Cimi Karrager "Nyukasl"ın baş məşqçisinə belə məsləhət verdi 

 
"Liverpul" klubunun sabiq müdafiəçisi Cimi Karrager maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Nyukasl"da səviyyəli oyunçuların olmadığını idda edib. O, baş məşqçi Alan Pardyunun işini mövsümün əvvəlində dəyərləndirməsinə müsbət baxır:
 
"Əgər komanda nəticə göstərmirsə, baş məşqçi postunu təhvil verməlidir başqasına. "Nyukasl" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Alan Pardyu anlamalıdır ki, bu gedişlə komandanı uçuruma aparır. Belə davam etsə, İngiltərə Premyer Liqasını tərk edəcək klublar arasında ilk namızəd "Nyukasl" olacaq" 

Xəbər xətti