Federasiya rəhbərliyi yığmanı argentinalı mütəxəssisə tapşırır
Boliviya Futbol Federasiyası milli komandanı Ameriko Qalyeqoya həvalə etmək istəyir.
Sportal.az xəbər verir ki, böyük təcrübəyə malik olan argentinalı məşqçi “River Pleyt”və “İndependente” kimi adlı-sanlı klubları çalışdırıb. işləyib. 59 yaşlı mütəxəssis də Boliviya yığmasında işləməyə hazır olduğunu deyib:
“İndiyə qədər mənə belə bir şans verilməyib. İlk dəfədir ki, millini çalışdırmağı mənə təklif edirlər. Artıq Boliviya Futbol Federasiya rəhbərliyi ilə razılığa gəlmişəm. Təkcə müqaviləni rəsmləşdirmək qalır. Özümü yığma komanda da ypxlamaq istəyirəm. Boliviya milli komandasının uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Ameriko Qayeqoya bu yaxınlarda Boliviya millisinin baş məşqçi postundan uzaqlaşdırılan ispaniyalı Xavyer Askaqortanı əvəzləyib.
saytlarin hazirlanmasi