Bakı tarixi uğura doğru

12:33 - 19 Sentyabr 2014

İclasın 2-ci günündə ciddi qərarlar qəbul olunacaq

 

İsveçrənin Nyon şəhərində başlayan iclasın ikini günü Cenevrədə baş tutacaq.

 

Sportal.az xəbər verir ki, Cenevrədə final mərhələsi 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı yekun qərar veriləcək.

 

Yarışın 60 illiyi ilə əlaqədar 13 ölkədə təşkil olunacaq AVRO-2020-nin ev sahibləri bu iclasda müəyyənləşəcək. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə final mərhələsinin oyunları keçiriləcək şəhərlər bəlli olacaq.Bu 13 yerə isə 19 iddiaçı var. Onlar arasında Azərbaycan paytaxtı Bakı da yer alıb. Avropanın ən nüfuzlu futbol yarışına qəbul etməyə bu iddiada olan 19 şəhər namizəddir.

 

Bunlar: Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Yerusəlim (İsrail), Roma (İtaliya), Skopye (Makedoniya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Biibao (Şotlandiya), Solna (İsveç), Kardiff (Uels) şəhərlərdir.

Xəbər xətti