Antonio Konte: "Azərbaycan yığması asan rəqib kimi görünə bilər, amma..."

15:35 - 20 Sentyabr 2014

İtalyan baş məşqçidən açıqlama

 

"Avro-2016" seçmə mərhələnin oyunları barədə fikirlərini bildirən Antonio Konte millimizi də yaddan çıxarmayıb.

 

Sportal.az xəbər verir ki, oktyabrın 10-da millimizlə qarşılaşacaq İtaliya yığmasının baş məşqçisi Konte bunları söyləyib:

 

"Dünya çempionatında uğursuz çıxışdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığmanın futbolçularının ölkə xaricində çıxış etməsi hər zaman önəmlidir. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır. Qrupun favoriti olsaq da, rəqibləri kiçiltməməliyik. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta yığmaları da asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməyə bilmərik. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik".

Xəbər xətti