Paulu Bentu: "Millidə dəyişikliklər olmalıdır"
AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda evdə Albaniyaya 1:0 məğlubiyyətdən sonra istefa verən Portuqaliyı yığmasının baş məşqçisi Paulu Bentu maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis komandada kapitanlıq sarğısının Ronaldoya deyil, Moutinyoya verilməsini məsləhət görüb:
“2008-ci ildən Ronaldo millinin kapitanıdır. Milli komanda da dəyişikliklər olmalıdır. Ronaldo özü də anlamalıdır ki, artıq liderlik keyfiyyətini itirib. 10 il məşqçilik karyeramda güclü futbolçularla çalışmışam. Əgər seçim mənə həvalə olunsaydı, fikirləşmədən kapitanlıq sarğısını Moutinyoyo verərdim. O, milli komandanın uğur qazanması üçün əlindən gələni edir. “Sportinq” klubunda işlədiyim vaxtlarda onun futbolçu kimi necə peşəkar olduğunu gördüm”.
saytlarin hazirlanmasi