İngiltərədə daha bir ilk

14:30 - 21 Sentyabr 2014

Viktor Vanyama tarixə düşüb

 

İngiltərə çempionatının 5-ci turunda “Sionsi” - “Sauthenpton” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada  qolu Viktor Vanyaman vurub. Futbolçu 80-ci dəqiqədə fərqlənib. Vanyama bu qolla Premyer Liqada bir ilkə imza atıb. 23 yaşlı yarımmüdafiəçi İngiltərə çempionatında qol vuran ilk keniyalı kimi tarixə düşüb.

 

Qeyd edək ki, Vanyama 2013-cü ildən etibarən "Sauthenpton"un şərəfini qoruyur.

Xəbər xətti