"Qəbələ" "Xəzər Lənkəran"la oyuna böyük itki ilə çıxacaq

14:30 - 22 Sentyabr 2014

Futbolçu cəzalı duruma düşüb

 

Premyer Liqanın son turunda "Neftçi" ilə qarşılaşan "Qəbələ"nin aparıcı oyunçusu Adrian Ropotan həmin oyunda sarı vərəqə limitini doldurduğu üçün "Xəzər Lənkəran"la oyunu buraxmalı olacaq.

 

Sportal.az xəbər verir ki, bu mövsüm öz çıxışı ilə aparıcı oyunçulardan biri olan Adrian Ropotan "Qəbələ" üçün böyük itki sayılır.

 

Qeyd edək ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı sentyabrın 28-i baş tutacaq.

Xəbər xətti