"Mançester Siti"nin baş məşqçisi Mourinyonun "bostanına daş atdı"

02:30 - 23 Sentyabr 2014

Manuel Peleqrini: "90 dəqiqə müdafiə olunan kiçik bir komandaya qarşı oynadıq"
 
 
“Mançester Siti”nin baş məşqçisi Manuel Peleqrini “Çelsi” ilə oyundan sonra portuqaliyalı həmkarı Joze Murinyoya söz atıb.
 
Sportal.az xəbər verir ki, çilili mütəxəssis rəqibin oyunboyu müdafiə olunaraq hesabı qorumasına belə münasibət bildirib:
 
“Joze Morinyonun komandası ancaq müdafiə olunmaqla  məşğuldur. 90 dəqiqə müdafiə olunan kiçik bir komandaya qarşı oynadıq. “Çelsi” təzyiq altında olanda oyununu itirir.  Azlıqda olmağımıza baxmayaraq, bərabərlik qolunu vurduq. Artıq belə komandalara qarşı necə oaynamaq lazım olduğunu anladım. İndi  Joze Mourinyo fikirləşsin ki, cavab oyununda “Mançester Siti”nin hücumlarının qarşısını necə alım”.     

Xəbər xətti