"Bobbi Çarltonun rekordunu qırmaq ən böyük arzumdu"

11:41 - 23 Sentyabr 2014

İngiltərəli futbolçudan maraqlı açıqlama

 

İngiltərə yığmasının və "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi xarici mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, oynadığı mövqelərə də toxunan ulduz futbolçu bunları deyib :

 

"Düzdü, razıyam. Mən əvvəlki kimi oynuya bilmirəm.Əvvəllər meydanda daha çox qaçırdım, yaradılan qol epizodlarından maksimum istifadə edirdim. Hal- hazırda azda olsa formamı itirsəmdə oynamaq həvəsim çoxdu. Məşqçi məni hansı mövqedə oynatmaq istəyirsə mənim üçün fərqi yoxdu. Hər mövqedə oynamaq qabiliyyətim var. Bobbi Çarltonun qol rekordunu qırmaq? Bu mənim üçün böyük şərəf olar. Mən Çarltonun oyununu çox sevirdim. Onun yığmada vurduğu qollar hələdə ağlımdadı. Güman edirəmki, o rekordu qıracam."

Xəbər xətti