Baş məşqçidən açıqlama
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Almaniya Bundesliqasının təqvimindən narazıdı.
Sportal.az xəbər verir ki, Qvardiola bir həftədə 2 turun keçirilməsi və sonrak həftəiçində isə Çempionlar Liqası oyunlarının olması ilə əlaqədar öz etirazını bildirib.
"Belə təqvimdə oynamaq futbolçular üçün çox çətindir. Bu, futbolçuların fiziki cəhətdən yorulmasına gətirib çıxardır. Futbolçu üçün istirahət vaxtı olmalıdır. Belə təqvim oyunçuları öldürür. Bunu təkcə öz futbolçularıma deyil, "Borussiya"(Dortmund", "Bayer"(Leverkuzen) klublarına da aid edirəm.
saytlarin hazirlanmasi